Türkiyədə 3 günlük milli matəm elan ediləcək

   Türkiyədə 3 günlük milli matəm elan ediləcək
  18 Oktyabr 2023    Oxunub:1490
İsrailin Qəzzada xəstəxanaya hücumu nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan ediləcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, AKP-nin qrup sədr müavini Özlem Zengin milli matəmin bu gün dərc olunacaq Prezident Fərmanı ilə başlayacağını açıqlayıb.

"Bu məsələni hansı səviyyədə qəbul etdiyimizi görmək üçün vacibdir. Bu, böyük millətimizin Fələstindəki məzlumlarla həmrəyliyinin və qəlbimizin onlarla olduğunun ifadəsidir", Zengin vurğulayıb.

Xatırladaq ki, oktyabrın 17-si axşam saatlarında Qəzzada yerləşən xəstəxanaya raket zərbəsi endirilib. İsrail ordusu hadisə ilə bağlı araşdırma aparıldığını və insidentin “İslami cihad” qruplaşması tərəfindən uğursuz raket buraxılışı nəticəsində baş verdiyini bildirib. `

AzVision.az


Teqlər:





Xəbər lenti