Evlərini tərk edən israillilərin sayı 300 minə çatır

   Evlərini tərk edən israillilərin sayı 300 minə çatır
  18 Oktyabr 2023    Oxunub:1414
Fələstinlə münaqişənin şiddətlənməsindən sonra evlərini tərk edən israillilərin sayı 300 minə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.

"İsrail Demokratiya İnstitutu evlərindən təxliyə edilən israillilərin sayının 300 minə çatdığını bildirib", - hesabatda deyilir.

KİV-in məlumatına görə, İsraili tərk edənlərin əksəriyyəti Qəzza zolağının sərhəd zonasından gəlib.

Bundan əvvəl İsrail Qəzza zolağında vəziyyətin pisləşməsi nəticəsində yaranan nümayişlərə görə Misir və Mərakeş paytaxtlarındakı diplomatik nümayəndəliklərini boşaldıb. KİV-in məlumatına görə, İsrailin dünyadakı səfirliklərində yüksək hazırlıq rejimi elan edilib. Təhlükədə olan israilli diplomatların təxliyyə ediləcəyi vurğulanır. Səfirlik əməkdaşlarından zərurət olmadıqca evlərini tərk etməmələri xahiş olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti