HƏMAS Təl-Əvivi atəşə tutub

   HƏMAS Təl-Əvivi atəşə tutub
  18 Oktyabr 2023    Oxunub:1053
HƏMAS hərəkatının silahlı qanadı - İzzəddin əl-Qəssam Briqadası Təl-Əvivin növbəti dəfə atəşə tutulduğunu elan edib.
AzVision.az xəbər verir ki, bu barədə qrupun "Telegram" kanalında məlumat yayılıb.

Son iki saat ərzində bu, İzzəddin əl-Qəssam Briqadalarından şəhərə hücumlarla bağlı ikinci mesajdır.

Atışmanın nəticələri barədə məlumat verilmir.

Öz növbəsində, İsrail ordusunun mətbuat xidməti Təl-Əviv ərazisində və İsrailin mərkəzi hissəsində səslənən hava hücumu siqnalları barədə məlumat verib.

AzVision.az


Teqlər:





Xəbər lenti