ABŞ Türkiyədəki konsulluğunu bağladı

   ABŞ Türkiyədəki konsulluğunu bağladı
  18 Oktyabr 2023    Oxunub:1536
ABŞ etirazlar fonunda Türkiyənin cənub-şərqində yerləşən Adana şəhərindəki konsulluğunu qeyri-müəyyən müddətə bağlamaq qərarına gəlib.
AzVision.az xəbər verir ki, bu barədə Amerikanın Ankaradakı səfirliyi məlumat yayıb.

Diplomatik nümayəndəliyin bəyanatında qeyd edilib ki, konsulluq sonrakı xəbərdarlığa qədər ziyarətçilər üçün bağlı olacaq”.

ABŞ-ın Türkiyədəki səfirlik işçilərinə hərəkəti minimuma endirmək və Adanadakı Konsulluğun bölgəsinə getməmək göstərişi verilib. ABŞ həmçinin yaxın həftələrdə İsrail və Qəzza zolağında vəziyyətlə əlaqədar Türkiyədə gözlənilən genişmiqyaslı etiraz aksiyaları ilə bağlı vətəndaşlarına xəbərdarlıq edib.

AzVision.az


Teqlər:





Xəbər lenti