Köçəryanın oğlu daha 2 ay həbsdə qalacaq

 Köçəryanın oğlu daha 2 ay həbsdə qalacaq
  19 Oktyabr 2023    Oxunub:854
İrəvan məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın oğlunun həbs müddətini iki ay uzadıb. Bu barədə jurnalistlərə onun vəkili Aleksandr Qoçubayev məlumat verib.
“Məhkəmə prokurorluğun vəsatətini təmin edib və Levon Köçəryanın həbs müddətini iki ay uzadıb”,- o qeyd edib.

Ermənistanın keçmiş liderinin oğlu sentyabrın 22-də hökumət əleyhinə nümayiş zamanı saxlanılıb və o, dörd polis əməkdaşını döyməkdə ittiham olunur.

Özü isə bu ittihamları rədd edir. Hüquq qrupu hesab edir ki, həbs Levon Köçəryanın və onun atasının siyasi baxışları ilə bağlıdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti