46 ölkə İrana qarşı sanksiyaların davam etdirilməsini dəstəkləyib

46 ölkə İrana qarşı sanksiyaların davam etdirilməsini dəstəkləyib
  19 Oktyabr 2023    Oxunub:910
Dünyanın 46 ölkəsi BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi əsasında İrana qarşı raket sanksiyalarının davam etdirilməsi tələbini qoyub.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin yaydığı bəyanata görə, bu ölkələr raket sanksiyalarının ləğvinin Tehranın JCPOA-ya (İranın nüvə problemi üzrə 5+1 formatı) əməl edəcəyi ehtimalına əsaslandığını bildiriblər.

“İranın raket proqramı kütləvi qırğın silahlarının yayılmasının qarşısını almaq üçün ən böyük beynəlxalq çağırışlardan biri olaraq qalır. Bu gün İran Yaxın Şərqdə ballistik raketlərin ən böyük ehtiyatına malikdir. Onun raket proqramı hələ də region ölkələri və ondan kənar ölkələr üçün təhlükədir. İranın raket və PUA texnologiyalarını tərəfdaşlarına və vasitəçilərinə təqdim etməsi beynəlxalq sabitliyi təhlükə altına alır və regional gərginliyi artırır”, - bəyanatda deyilir.

Sənəddə raket və pilotsuz təyyarələrlə bağlı avadanlıqların İrana və ya İrandan digər ölkələrə ötürülməsinin qarşısının alınması üçün təsirli tədbirlər, sürətli məlumat mübadiləsi, ayrı-ayrı ölkələrin İranın raket və pilotsuz təyyarələri ilə məşğul olmaq üçün araşdırma və çəkindirmə səyləri və proqramının zəruriliyi vurğulanıb.
AzVision.az


Teqlər: İran   sanksiyalar  





Xəbər lenti