HƏMAS-ın yüksək vəzifəli ilk qadın üzvü məhv edildi

   HƏMAS-ın yüksək vəzifəli ilk qadın üzvü məhv edildi
  19 Oktyabr 2023    Oxunub:951
İsrail Müdafiə Ordusu Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosuna daxil olan ilk qadın Cəmilə əl-Şantini zərərsizləşdirib.
Bu barədə Londonda yerləşən Arabi21 xəbər portalı Qəzzadakı mənbələrə istinadən məlumat yayıb. HƏMAS-ın özü hələlik bu məlumatı şərh etməyib.

Cəmilə əl-Şanti, İsrail hökumətinin vaxtilə zərərsizləşdirdiyi HƏMAS lideri Əbdül Əziz əl-Rantisinin həyat yoldaşıdır. Qəzzada İslam Universitetində müəllim işləmiş Cəmilə əl-Şanti 2006-cı ildə HƏMAS-dan parlamentə deputat seçilib.

Xüsusilə, Əl-Şanti Qəzzada qadın işləri nazirliyinə rəhbərlik edib və 2021-ci ildə HƏMAS Siyasi Bürosunun üzvü olub.

AzVision.az


Teqlər:





Xəbər lenti