İranlı rejissoru öldürməkdə şübhəli bilinən şəxs tutuldu

   İranlı rejissoru öldürməkdə şübhəli bilinən şəxs tutuldu
  19 Oktyabr 2023    Oxunub:826
İranlı rejissor Daryuş Mehrcuyinin qətlində şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Tasnim agentliyi məlumat yayıb. Qeyd olunub ki, keçmiş məhkum rejissorun qətli ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib.

Şübhəlilərin dindirilməsi davam edir. Nəşr adı açıqlanmayan şəxsin rejissorun aktrisa həyat yoldaşı Vahideh Mohammadifarinin də qətlində əlinin olub-olmaması barədə məlumat verməyib.

Qey edək ki, 15 oktyabrda İranlı rejissor Daryuş Mehrcuyi və aktrisa həyat yoldaşı Vahideh Mohammadifar Kərəcdəki evlərində ölü tapılıblar. Məlumata görə, onlar boynundan bıçaq zərbəsi ilə öldürülüblər.

AzVision.az


Teqlər:





Xəbər lenti