Rus rok əfsanəsinin oğlu və 85 yaşlı qayınanası qətlə yetirilib

Rus rok əfsanəsinin oğlu və 85 yaşlı qayınanası qətlə yetirilib
  19 Oktyabr 2023    Oxunub:854
Rus rok əfsanəsi, "Qorki Parkı", "Çvetı" qruplarının yaradıcısı Stas Naminin oğlu və 85 yaşlı qayınanası qətlə yetirilib.
İstintaq Komitəsinin yaydığı məlumata görə, onların meyiti İstra rayonunun Kryukovo kəndindəki daçada tapılıb.

"Shot" teleqram kanalının yaydığı məlumata görə qətldə şübhəli bilinən şəxs isti izlərlə saxlanılıb. Maraqlıdır ki, qatil Naminin ikinci oğlu çıxıb.

"Polina Tkaçenko və Artem Mikoyanın cəsədləri oktyabrın 18-i axşam saatlarında tapılıb. Nənə sinəsindən aldığı zərbə ilə öldürülüb. Kişinin isə bədənində çoxsaylı bıçaq xəsarətləri var. Ancaq müstəntiqlər heç bir mübarizə əlaməti tapmayıblar, evdəki hər şey öz yerindədir", - məlumatda qeyd edilib.


Tural Tağıyev
AzVision.az



Teqlər: Qatil   Rok  





Xəbər lenti