Amerika İrana qarşı raket və dron embarqosunu gücləndirir

   Amerika İrana qarşı    raket və dron embarqosunu    gücləndirir
  19 Oktyabr 2023    Oxunub:836
ABŞ hökuməti yeni tədbirlərlə göstərdi ki, BMT Təhlükəsizlik Şurasının İranın raket proqramına qarşı tətbiq etdiyi sanksiyaların müddətinin başa çatmasına baxmayaraq, bu proqrama və İranda pilotsuz təyyarələrin istehsalına qarşı mübarizəni gücləndirəcək.
AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə nazirliyi İran, Honq-Konq, Çin və Venesuelada yerləşən 11 şəxs, səkkiz şirkət və qurum, bir gəmiyə Tehrana “ballistik raketlər və pilotsuz təyyarələr istehsalında” köməyə görə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bundan əlavə, Amerika hökuməti İrana bağlı agentlərin ikili istifadə texnologiyalarına çıxışının qarşısını almaq məqsədi ilə sənaye və yeni texnologiya şirkətlərinə məsləhət bələdçisi təqdim edib.

“Bu sanksiyalar İranın raket və dron proqramına təzyiq göstərməklə yanaşı, İranla Rusiya və Venesuela kimi ölkələr arasında adi silah ticarətini, o cümlədən Ukrayna vətəndaşlarına qarşı istifadə edilən pilotsuz təyyarələrin Rusiyaya satışını çətinləşdirəcək”, - ABŞ Dövlət departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi xəbər agentliklərinə bildirib.
AzVision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti