Türkiyəli nazir qadın hüquqlarından danışdı

   Türkiyəli nazir qadın hüquqlarından danışdı
  19 Oktyabr 2023    Oxunub:1073
"Türkiyədə qadının güclənməsi, hüquqlarının qorunması, zorakılığın və istismarın aradan qaldırılması istiqamətində lazımi bütün hüquqi işlər həyata keçirilib".
AzVision.az xəbər verir ki, bunun Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında çıxışı zamanı deyib. O qeyd edib ki, Türkiyədə daha sağlam ailələr və təhsilli qadınlar üçün çalışmağa davam edirlər:

"Görülən işlər sayəsində 2023-cü ildə keçirilən millət vəkili seçkilərində qadınların sayı 19 faizə çatıb. Düzdür, bu rəqəm yetərli deyil və qadınların sayının artırılması istiqamətində çalışacağıq".

M.Ö.Göktaş qeyd edib ki, qadına yönəlik şiddət başda olmaqla, onların bərabər hüquqlardan yaranması təkcə Türkiyənin deyil, dünyanın diqqətindədir.

"Bu istiqamətdə Türkiyə son illərdə böyük yol qət edib. Azərbaycanla ailə, qadın və uşaq sahəsində işlərə böyük önəm veririk. İki ölkə arasında imzalanan protokollara uyğun olaraq seminarlar keçirdik və keçirməyə davam edəcəyik. Qadınların cəmiyyətdə daha güclü yer almaları, şiddətlərin önlənməsi üçün ciddi bağların saxlandığı Azərbaycanla çalışmağa davam edəcəyik".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti