Azadlığa çıxan İran əsilli fransız tədqiqatçı Fəriba Adilxah Fransaya qayıdıb

Azadlığa çıxan İran əsilli fransız tədqiqatçı Fəriba Adilxah Fransaya qayıdıb
  19 Oktyabr 2023    Oxunub:1024
İranda 3,5 ildən çox həbsdə olan İran-Fransa vətəndaşlığına malik tədqiqatçı Fəriba Adilxah Fransaya dönüb.
AzVision.az xəbər verir ki, Fransanın “Paris Science Po” universiteti belə məlumat yayıb.

2019-cu ilin iyununda İrana səfəri zamanı həbs olunan xanım Adilxah, daha sonra təhlükəsizlik ittihamı ilə 5 il həbsə məhkum edilib. Nəhayət bu ilin fevralında tədqiqatçı Evin həbsxanasından azadlığa buraxılıb.

Xanım Adilxah azadlığa çıxdıqdan bir gün sonra onun vəkili müvəkkilinin Fransaya nə vaxt qayıda biləcəyini müəyyən etmək üçün İran səlahiyyətlilərinin qərarını gözlədiyini açıqlayıb.
AzVision.az


Teqlər: İran   Abdilxah  





Xəbər lenti