"Azərbaycan qadınları hüquqlarının qorunmasında qətiyyətlidirlər"

 "Azərbaycan qadınları hüquqlarının qorunmasında qətiyyətlidirlər"
  19 Oktyabr 2023    Oxunub:1038
"Azərbaycan qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığımıza töhfə verəcək".
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin Azərbaycandakı resident-əlaqələndiricisi Vladanka Andreeva deyib.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndə Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.

“Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nigahların qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunmasi vacibdir”, - deyə V.Andreeva vurğulayıb.

Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarının qorunmasında qətiyyətli olduqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti