"3 mindən çox Qarabağ ermənisi ölkəmizi tərk edib" - Paşinyan

   "3 mindən çox Qarabağ ermənisi ölkəmizi tərk edib" -    Paşinyan
  19 Oktyabr 2023    Oxunub:1136
Qarabağdan gələn 3 mindən çox köçkün Ermənistan Respublikasını tərk edib. Lakin hakimiyyət onların geri qayıtması üçün hər şey edəcək.
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

"Qarabağın 2500-ə yaxın erməni sakini Ermənistanı tərk edib" - Paşinyan
"Mən bununla bağlı konkret nəticə çıxarmaq istəmirəm. Ola bilsin ki, onların çoxu bir müddət qohumlarının yanında qalacaq. Amma biz uzunmüddətli perspektivdə prioritet fəaliyyət planı olaraq onları Ermənistanda qalmağa çağırırıq. Ümid edirəm ki, biz öz hərəkətlərimiz və dəstək proqramlarımızla qardaş və bacılarımıza bu məqsədlə aydın mesaj veririk”, - Paşinyan qeyd edib.

Baş nazir qeyd edib ki, ermənilərin Qarabağa qayıtmaq arzusu və ya imkanı yoxdursa, hakimiyyət onların Ermənistan Respublikasında qalmalarını təmin etmək üçün hər şeyi etməlidir.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Qarabağ  





Xəbər lenti