İran polisi: Mehrcuyi və Məhəmmədifərin “əsas qatili”nin kimliyi müəyyənləşib

   İran polisi:    Mehrcuyi və Məhəmmədifərin “əsas qatili”nin kimliyi müəyyənləşib
  19 Oktyabr 2023    Oxunub:1118
Evlərində qətlə yetirilən sənətçi cütlük Dariyuş Mehrcuyi və həyat yoldaşı Vəhidə Məhəmmədifərin “əsas qatili” bu işlə bağlı saxlanılanlar arasında olub və onun şəxsiyyəti artıq müəyyən edilib.
AzVision.az bildirir ki, İranın “İRNA” dövlət xəbər agentliyi polis qüvvələrinin sözçüsünə istinadən belə məlumat yayıb.

“Bir neçə dəqiqə əvvəl polis tərəfindən həbs edilənlər arasında olan əsas qatilin kimliyi müəyyənləşdirilib. Texniki tədbirlər həyata keçirildikdən və çarpaz sorğu-sualdan sonra qatil aşkara çıxarılıb. Bu qətlin ortaqlarını və gizli tərəflərini müəyyənləşdirmək üçün dindirmələr hələ də davam edir”, - məlumatda deyilir.

Cənab Mehrcuyi və xanım Məhəmmədifərin kiçik qızı Mona Mehrcuyi dəfn mərasimdə atasının “qatillər aramızdadır” ifadəsini təkrarlayıb.

Bu qətlin motivləri hələ rəsmi şəkildə açıqlanmasa da, bəzi iranlı fəallar və media resursları onun “siyasi” səbəblərdən törədilməsi ehtimalını gündəmə gətirib.
AzVision.az



Teqlər: İran   qətl  





Xəbər lenti