Firuzabadi: Elitanın immiqrasiya nisbəti iki dəfə artıb

   Firuzabadi:    Elitanın immiqrasiya nisbəti iki dəfə artıb
  19 Oktyabr 2023    Oxunub:902
İranda bəzi sahələr üzrə elitanın ölkəni tərk etməsi halları iki dəfə çoxalıb.
AzVision.az Elm, Texnologiya və Bilik iqtisadiyyatı məsələləri üzrə İranın vitse-prezidenti Ruhullah Dehqani Firuzabadinin “Dünya Ekhtaz” qəzetinə müsahibəsinə istinadən xəbər verir ki, son illərdə elitaya kifayət qədər diqqət yetirilmədiyinə görə, bu qrup çoxlu maaş aldıqdan sonra başqa ölkələrə gedir.

Dehqani İranda əhalinin və tələbələrin sayının azalmasına da toxunaraq, bu səbəbdən ölkədə işçi qüvvəsinin də azaldığını vurğulayıb.

Həmçinin, İranın bu sahədəki siyasətini tənqid edən məmur, ölkənin ümumi büdcəsinin heç yarım faizinin İnnovasiya və Rifah fonduna ayrılmamasını, elitaların miqrasiyasını bu vəziyyətin əsas amilləri kimi qiymətləndirib.

Bundan əvvəl İran Kəşfiyyat nazirliyinin sızdırılmış “məxfi” sənədinə əsasən, İran hökumət rəsmilərinin “elmi və elit qrupların mühacirətinin” qarşısını almağa çalışdığı bəlli olmuşdu.
AzVision.az


Teqlər: İran   mühacirət  





Xəbər lenti