İran İsraillə bağlı xüsusi işçi qrupu yaratdı

İran İsraillə bağlı xüsusi işçi qrupu yaratdı
  19 Oktyabr 2023    Oxunub:776
Rəsmi Tehran İranın cinayət saydığı İsrail hökumətinin tədbirlərini araşdırmaq üçün xüsusi məhkəmə-hüquqi işçi qrupu yaradıb.
AzVision.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Qərargahının katibi və Məhkəmə Hakimiyyəti sədrinin beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi məlumat verib.

Qəribabadi İsrail rejiminin cinayətlərini təqib etmək üçün xüsusi məhkəmə hüquq işçi qrupunun yaradıldığını elan edərkən deyib: "Vəkillər məzlumların tərəfindədir. Müsəlmanlar və qeyri-müsəlmanlar İsrail rejiminə qarşı məhkəmə iddiası qaldırmalıdırlar. Bu gün Amerika və Qərb İsrail rejiminə tam dəstək verirlər. Ümid edirik ki, indiyə qədər müsbət mövqe tutan İslam ölkələri sadəcə bəyanatlar verməklə kifayətlənməyəcək. Çünki bu gün Fələstin xalqının ehtiyacı olan şey müharibəni dayandırmaq, humanitar yardım göndərmək və cinayətkarları mühakimə etmək üçün əməli addımlardır".

AzVision.az



Teqlər: İran  





Xəbər lenti