İrəvanda prokuror güllələnib, cani saxlanıldı

İrəvanda prokuror güllələnib,    cani saxlanıldı
  19 Oktyabr 2023    Oxunub:747
İrəvanda prokurora sui-qəsd törətmiş cinayətkar saxlanılıb. AzVision.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edilir ki, oktyabrın 18-də paytaxtın Əcəpniyak inzibati rayonunda naməlum şəxs məhkəmə binası yaxınlığında prokurora atəş açıb. Hadisədən sonra döş qəfəsindən güllə yarası alan 54 yaşlı kişi "Ermənistan" tibb mərkəzinə aparılıb:
"Araşdırma zamanı hadisə yerindən mərmi gilizləri və 1 güllə, həmçinin qan izləri aşkar edilib. Atışma nəticəsində məhkəmənin yaxınlığında dayanmış “Mercedes”ə də ziyan dəyib. Oktyabrın 19-na keçən gecə isə 40 yaşlı İrəvan sakini Şenqavit polis şöbəsinə gələrək cinayət törətdiyi silahını - "Makarov" tapançasını təhvil verib. İlkin məlumatlara görə, sui-qəsdin səbəbi "şəxsi münasibətlərə aydınlıq gətirmək" olub. Cinayəti törədən vətəndaş saxlanılıb, araşdırmalar davam etdirilir".

Tural Tağıyev
AzVision.az



Teqlər: İrəvan  





Xəbər lenti