Ermənistan Milli Təhlükəsizlik Xidməti 1,5 milyon dollarlıq avtomobillər satır

Ermənistan Milli Təhlükəsizlik Xidməti    1,5 milyon dollarlıq avtomobillər satır
  19 Oktyabr 2023    Oxunub:781
Ermənistan Milli Təhlükəsizlik Xidməti avtomobil parkından 31 maşını Dövlət Əmlak Komitəsinə verəcək.
Bu barədə hökumətin iclasında qərar qəbul edilib. Qeyd edilir ki, komitə öz növbəsində onların hərracda satışını təşkil etməlidir. Bu avtomobillərin start qiyməti ümumilikdə 595,2 milyon dram (təxminən 1 milyon 545 min dollar-red.) müəyyən edilib.

Yerli mediada avtomobillərin hansı səbəbdən satılmasının açıqlanmaması qınanılıb. Çünki avtomobillər istismar müddətini bitirmədən də parkdan çıxarıla bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti