Məhsa Əmini Saxarov mükafatına layiq görülüb

Məhsa Əmini Saxarov mükafatına layiq görülüb
  19 Oktyabr 2023    Oxunub:869
Məhsa Əmini və İrandakı Qadın, Həyat, Azadlıq Hərəkatı Avropa Birliyinin Saxarov mükafatına layiq görülüb.
AzVision.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin sədri Roberta Metsula məlumat verib.

Metsula bildirib ki, Məhsa Əmininin həbsindən üç gün sonra vəhşicəsinə öldürülməsi İranda inqilabi dönüş nöqtəsi olub.

Onun sözlərinə görə, Məhsa Əmininin ölümü iranlı qadınların rəhbərlik etdiyi hərəkatı başlatdı, tarix yazdı və “Qadın, Həyat, Azadlıq” şüarı İranda bərabərlik, ləyaqət və azadlığı müdafiə edənlərin hamısının şüarına çevrildi.

Qeyd edək ki, bu mükafat Aİ-nin insan haqları fəallarına və fikir azadlığına ən yüksək hörmətinin göstəricisidir.

Xatırladaq ki, 2012-ci ildə bu mükafat iranlı hüquq müdafiəçisi Nəsrin Sotudə və kino tənqidçisi Cəfər Pənahiyə verilib.

Bu gün, oktyabrın 19-u isə Avropa Parlamenti Məhsa Əmini və İran qadın qiyamını 2023-cü il Saxarov mükafatının qalibi elan edib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti