İranda son illər 850 min işçi fəaliyyətini dayandırıb

İranda son illər 850 min işçi fəaliyyətini dayandırıb
  20 Oktyabr 2023    Oxunub:734
Son dörd il ərzində İranın azı 850 min əmək qabiliyyyətli insan iş tapmağa ümidini itirib.
AzVision.az İranın Statistika mərkəzinin yeni hesabatına istinadən xəbər verir ki, bu ilin yayında ölkədə 15 yaşdan yuxarı 65,5 milyon insandan təxminən 26,8 milyon nəfəri aktiv (işlə məşğul olan və ya iş axtaran) olub və beləliklə, iqtisadi iştirak nisbəti 41,6% təşkil edib.

Mərkəzin əvvəlki hesabatlarına görə, 2019-cu ilin yayında indiki göstərici ilə müqayisədə cəmiyyətdə 844 minə yaxın daha çox fəal işçi qüvvəsi olub.

Bundan əvvəl hökumətin işsizlik səviyyəsini azaltmaq iddiasında olduğunu bildirən “Məclis” araşdırmalar mərkəzi, iş yerlərinin azalmasının əmək qabiliyyətli əhalinin sayının artması ilə bağlı olmadığını açqılayıb. Burada əsas səbəb kimi iş axtarmaqdan yorulan yüz minlərlə gəncin cəmiyyətin qeyri-fəal hissəsinə çevrildiyi göstərilir.
AzVision.az


Teqlər: İran   işsizlik  





Xəbər lenti