Rza Şahabinin xəstəxanaya göndərilməsinə imkan verilməyib

Cəzaçəkmə müəssisəsinin daxili nizamnaməsinə əsasən, siyasi və mətbuat cinayəti törətmiş məhbusların həbsxana paltarı geyinməsinin məcburi olmadığı halda bu addım atılıb.
“Tibbi komissiyanın müəyyən etdiyi kimi, Rza Şəhabi onurğa nahiyəsindən yaralanıb və cərrahiyyə əməliyyatına ehtiyac duyur. Cəzaçəkmə müəssisəsinin formasını geyinmək məcburi deyil. Bunu deyən həbsxana əməkdaşları Şəhabinin xəstəxanaya göndərilməsinə qəsdən mane olurlar”, - məlumatda deyilir.
Bir müddət əvvəl dindirilmə zamanı Rza Şəhabinin çoxsaylı zərbələr və təzyiqlər nəticəsində onurğa və boyun nahiyəsindən xəsarət aldığı bildirilib. O, sonuncu dəfə ötən ilin mayında Kəşfiyyat nazirliyinin əməkdaşları tərəfindən “təhlükəsizlik” ittihamı ilə həbs edilib.
AzVision.az