İrəvan merinin andiçməsinə 217 min dollar xərclənib

 İrəvan merinin andiçməsinə    217 min dollar    xərclənib
  20 Oktyabr 2023    Oxunub:829
İrəvan meri Tiqran Avinyanın andiçmə mərasiminə ƏDV daxil olmaqla 87,3 milyon dram (217 min dollardan çox-red.) xərclənib.
AzVision.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq meriyadan məlumat verilib.

Qeyd olunur ki, inauqurasiyanın təntənəli hissəsində dəyişikliklər edilib. Əsasən də, zal mərasim günü üçün xüsusi hazırlanmış dekorlarla bəzədilib. Erebuni Tarix-Arxeologiya Muzeyindən meriyaya tarixi əşyalar da gətirilib.

İrəvan meri Tiqran Avinyan cərimələnib
Meriyadan o da bildirilib ki, satınalmalar tendersiz aparılıb, müqavilə “Beground” şirkəti ilə bağlanıb: “Ümumi məbləğin 50%-i mərasimin təşkili və keçirilməsi xidmətlərinin ödənilməsinə, o cümlədən bəzək əşyalarının, rekvizitlərin, xalçaların, paltarların, postamentlərin və s. alınmasına yönəldilib”.

Müxalif media bunu yersiz bədxərclik adlandırıb. Bəzi saytlar yazır ki, məbləğlə görülən işlər arasında fərqin olmasını yeyinti faktoru ilə əlaqələndirib.

Xatırladaq ki, oktyabrın 10-da Ağsaqqallar Şurasının ilk iclası keçirilib və orada “Vətəndaş müqaviləsi” və “Respublika” fraksiyaları Tiqran Avinyanı şəhərin meri seçiblər. Daha sonra fraksiyaların nümayəndələri əməkdaşlıq memorandumu imzalayıblar.

Andranik Tevanyanın “Ana Ermənistan” bloku və eks-mer Hayk Marutyanın “Milli Tərəqqi” partiyası isə ilk iclasda iştirak etməyiblər ki, təkrar seçki keçirilsin. “İctimai səs” fraksiyası iclasa gəlsə də, Avinyanın namizədliyinin əleyhinə səs verib.

Avinyanın andiçmə mərasimi oktyabrın 13-də baş tutub. Mərasimdə baş nazir Nikol Paşinyan, parlamentin spikeri Alen Simonyan, prezident Vaaqn Xaçatryan və bir sıra digər yüksək vəzifəli şəxslər iştirak ediblər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İrəvan   Mer  





Xəbər lenti