Bayden: İran Rusiya və HƏMAS-a verdiyi dəstəyə görə cavabdehlik daşıyacaq

   Bayden:    İran Rusiya və HƏMAS-a verdiyi dəstəyə görə cavabdehlik daşıyacaq
  20 Oktyabr 2023    Oxunub:897
İran Rusiya, HƏMAS və “terror qrupları”na göstərdiyi hərbi dəstəyə görə cavabdehlik daşıyacaq.
AzVision.az xəbər verir ki, İsrail səfərindən qayıdan ABŞ prezidenti Co Bayden canlı yayımda çıxışı zamanı belə xəbərdarlıq səsləndirib.

İsrailə və Ukraynaya hərbi yardım göstərmək üçün təcili büdcə sorğusunu Konqresinə göndərəcəyinə aydınlıq gətirən Bayden, bu ölklərin uğurunun təmin edilməsinin ABŞ-ın milli təhlükəsizliyi və gələcəyi üçün vacib olduğunu vurğulayıb.

“HƏMAS kimi terrorçuların və Putin kimi despotların qalib gəlməsinə imkan verə bilmərik. HƏMAS qrupu və Vladimir Putin fərqli təhdidləri təmsil edirlər, lakin onların bir ortaq cəhəti var. Hər ikisi öz qonşuluqlarında demokratiyaların tamamilə məhv edilməsini və kökünün kəsilməsini istəyirlər. İran Rusiyanı Ukraynada, HƏMAS-ı və regiondakı digər terror qruplaşmalarını dəstəkləyir”, - Bayden deyib.

ABŞ prezidenti Vaşinqtonun bu qüvvələri məsuliyyətə cəlb etmək siyasətinin davamlı olduğunu bildirib.
AzVision.az



Teqlər: İran   Bayden  





Xəbər lenti