Nigerin devrilmiş prezidenti qaçmağa çalışıb

   Nigerin devrilmiş prezidenti qaçmağa çalışıb
  20 Oktyabr 2023    Oxunub:980
Nigerin devrilmiş prezidenti Məhəmməd Bazum həbsdən qaçmağa cəhd edib. Bu barədə ölkədə hakimiyyəti ələ keçirmiş qüvvələrin nümayəndəsi, polkovnik mayor Amadu Abdraman bildirib.
Le Mondenin məlumatına görə, oktyabrın 19-na keçən gecə Bazum ailəsi, iki aşpaz və iki təhlükəsizlik işçisi ilə birgə təhlükəsizlik qüvvələrindəki şəriklərinin köməyi ilə helikopterlə Nigerə uçmağı planlaşdırırmış.

Qeyd edək ki, M. Bazum iyulun 26-da öz mühafizəçiləri tərəfindən saxlanılıb. Devrilmiş prezident istefa ərizəsini imzalamağa məcbur olub. O, hazırda həyat yoldaşı və oğlu ilə birlikdə paytaxt iqamətgahında saxlanılır.

Şahanə Rəhimli

AzVision.az


Teqlər:





Xəbər lenti