Amnesty İnternational: İran Aİ əməkdaşının “girovluğuna” son qoymalıdır
Bəyanatda İrandan İsveç vətəndaşına qarşı pis rəftar və işgəncələrə dərhal son qoyması, onun ailəsi və İsveç diplomatik aparatı ilə telefon əlaqəsi imkanının təmin edilməsi və onun seçdiyi vəkilin olmasına icazə verilməsi tələb olunub.
Amnesty İnternational Tehranın Floderusu həbs etməklə onu İsveç həbsxanasında saxlanılan İranın keçmiş rəsmisi ilə dəyişmək istədiyini bildirib.
İsveç və İran arasında münasibətlər təxminən İsveçin üç il əvvəl 1988-ci ildə kütləvi edamlarda və siyasi məhbuslara işgəncə verməkdə roluna görə Gohərdəşt həbsxanasının keçmiş prokuror köməkçisi Həmid Abbasi kimi tanınan Həmid Nurini həbs etməsindən sonra gərginləşib.
AzVision.az