İsrail HƏMAS-ın qurucularından birini həbs etdi

   İsrail HƏMAS-ın qurucularından birini həbs etdi
  20 Oktyabr 2023    Oxunub:953
HƏMAS hərəkatının qurucularından biri olan Həsən Yusif İsrail Müdafiə Qüvvələri tərəfindən İordan çayının qərb sahilində keçirilən reydlər zamanı həbs edilib. Bu barədə CNN İsrail hökumətinə istinadən məlumat yayıb.
İsrailin ümumi təhlükəsizlik xidməti Şabak CNN-ə bildirib ki, H. Yusif HƏMAS adından hərəkət etməkdə şübhəli bilinərək həbs edilib.

Kanalın qeyd etdiyi kimi, o, Fələstinin aparıcı siyasi xadimi, HƏMAS-ın İordan çayının qərb sahilindəki rəsmi nümayəndəsi və Fələstin Qanunvericilik Şurasının üzvüdür.

İsrail hökuməti onu bir neçə dəfə həbs edib. Ümumilikdə Yusif müxtəlif təhrik, icazəsiz Qüdsə daxil olmaq və HƏMAS-a üzv olmaq ittihamları ilə İsrail həbsxanalarında 24 il keçirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti