ETTELAAT-ın girov götürdüyü fəallara görə aksiya keçirilib - VİDEO

ETTELAAT-ın girov götürdüyü fəallara görə aksiya keçirilib    - VİDEO
  20 Oktyabr 2023    Oxunub:729
Güney Azərbaycanın Qoşaçay (Miyanduab) şəhərinin gəncləri etiraz aksiyası keçiriblər.
Onlar İranın Təhlükəsizlik və Kəşfiyyat (ETTELAAT) Nazirliyi tərəfindən bu yaxınlarda girov götürülmüş milli fəalların şəkillərinin dərc edildiyi vərəqələri şəhər divarlarına yapışdırıblar. Gənclər onların sərbəst buraxılması üçün kütləvi aksiya təşkil etmələrini sosial şəbəkələrdə də paylaşıblar.

Vərəqələrdə isə “İgidlərə özgürlük", "Azadlıq, Ədalət, Milli Hökumət”, “Yaşasın Azərbaycan igidləri”, “Azərbaycanın milli məhbuslarına özgürlük” kimi milli şüarlar yazılıb.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti