İran səfirlik məktəblərinə tələbə qəbulunu məhdudlaşdırdı
Onun sözlərinə görə, bundan sonra həmin məktəblərə yalnız öz ölkələrinin diplomatik korpusunun tələbələrinin qəbul edilməsinə icazə verilir.
Sentyabrın sonlarında İranda yeni tədris ilinin başlaması ilə bəzi xarici məktəblər, o cümlədən Tehrandakı Fransız məktəbi iranlı və ya ikili vətəndaşlığı olan tələbələri qəbulundan imtina etmək məcburiyyətində qalıb.
“Frans-Press” agentliyi (AFP) iki həftə əvvəl bu tədris ilinin əvvəlindən cəmi 60-a yaxın uşağın fransız məktəbinə qəbul olunduğunu yazıb. Halbuki, dərs ili başlayana qədər 359 uşaq bu məktəbə daxil olmaq üçün qeydiyyatdan keçmişdi.
AFP İbrahim Rəisi hökumətinin sentyabr ayında beynəlxalq məktəblərə iranlı uşaqları artıq qəbul edə bilməyəcəkləri barədə məlumat verməsi xarici qurumları və səfirlikləri təəccübləndirdiyini yazıb.
Tehran bu addımı İranın xaricdəki bəzi mədəniyyət mərkəzlərinə məhdudiyyətlər tətbiq edildikdən sonra atıb.
AzVision.az
Teqlər: İran səfirliklər