Tohid İbrahimbəyli terror qruplaşmasının aksiyasına qatıldı - FOTO

Tohid İbrahimbəyli terror qruplaşmasının aksiyasına qatıldı    - FOTO
  20 Oktyabr 2023    Oxunub:1187
İrandan idarə olunan “Hüseyniyyun” terror qruplaşması özünün “X” hesabında diqqət çəkən paylaşım edib.
"Azad İran"ın yaydığı məlumata görə, statusa fotolar yerləşdirilərək yazılıb ki, sözügedən qruplaşmanın başçısı Tohid İbrahimbəyli İran hökumətinin təşkilatçılığı ilə “Müqavimət cəbhəsi” gəncləri və “Hüseyniyyun” qruplaşmasının üzvlərinin keçirdiyi birgə böyük aksiyada iştirak edib.

Azərbaycana qarşı terrorçu çağırışları ilə seçilən Tohid Fələstinə dəstək, İsrailə isə etiraz məqsədi daşıyan aksiyada çıxışlar da edib.

AzVision.az



Teqlər: İran  





Xəbər lenti