Qəzza bölgəsində İsrailin 3 mərhələli yerüstü hərbi əməliyyat ehtimalı

   Qəzza bölgəsində    İsrailin 3 mərhələli yerüstü hərbi əməliyyat    ehtimalı
  20 Oktyabr 2023    Oxunub:806
İsrailin “Details” nəşri ölkənin Müdafiə qüvvələrinin, lazım gələrsə, Qəzza zolağında quru əməliyyatına hazır olduğunu yazıb. Nəşr, həmçinin İsrail ordusunun Cənub komandanlığının yeni fəaliyyət planları hazırladığını da bildirib.
AzVision.az “Details” nəşrinə istinadən xəbər verir ki, hərbi əməliyyatlar 3 mərhələdə həyata keçiriləcək.

“Birincisi, “əhəmiyyətli vaxt” ərzində davam edəcək faktiki döyüşdür. İkinci mərhələ Qəzza zolağında vəziyyətin sabitləşməsidir. Üçüncüsü, zərurət yaranarsa, Qəzza zolağına hücumların və sızmaların davam etdirilməsidir. İosrail ordusundakı hesab edirlər ki, bütün bunlar HƏMAS-ın məhvinə səbəb olmalıdır” , - nəşr vurğulayır.

İsrailin Müdafiə naziri Yoav Qalant HƏMAS-dan sonra Qəzza zolağında nə baş verəcəyi barədə ssenarilər hazırlyacaq beyin mərkəzi yaradıb ki, bu qurumun da analitikləri Qəzza sektoruna nəzarətin başqasına keçib-keçməməsinin mümkünlüyü üzərində düşünürlər.

Həmçinin, bütün Qəzza zolağı boyunca bufer zonasının, təhlükəsizlik zolağının yaradılması da planlaşdırılır. İsrail hərbçiləri bufer zonasına yaxınlaşan hər kəsə atəş açacaq. Əsas məqsədlərdən biri Qəzza ilə həmsərhəd ərazinin sakinlərinin təhlükəsizliyini bərpa etmək və onların öz evlərinə qayıtmasına imkanı verməkdir.

“Analitiklərin fikrincə, vəziyyət sabitləşənə qədər qarşıdakı yaxın aylarda müxtəlif hərbi əməliyyatlar davam edəcək” , - “Details” nəşri yazır.

Sahil İsgəndərov
AzVision.az






Teqlər: İsrail   Qəzza  





Xəbər lenti