“Təbrizli qız” Röya Zəkəri sinir-psixiatriya xəstəxanasına yerləşdirilib
Hazırda naməlum vəziyyətdə Razi xəstəxanasının qadınlar şöbəsində olan 31 yaşlı Röya Zakeri informatika fakültəsinin məzunudur.
Bu gənc qız oktyabrın 15-də Təbrizin Münəccim küçəsində İranın təhlükəsizlik agentləri tərəfindən həbs olunaraq, təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Həbsindən bir gün sonra hökumət mediası onun “ruhi xəstəlikdən” əziyyət çəkdiyini iddia edib.
Röya Zakeri ötən il oktyabrın sonlarında “Qadın, Həyat, Azadlıq” hərəkatı zamanı Təbriz Milli universitetinin qarşısında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq, şəhərin mərkəzi həbsxanasına aparılıb. O, paylaşdığı video-materialda bir aylıq həbs müddətində 5 gün aclıq aksiyası keçirdiyini vurğulayıb.
AzVision.az