İsrail Qəzzada quru əməliyyatına başlamaq qərarına gəlib

   İsrail Qəzzada quru əməliyyatına başlamaq qərarına gəlib
  20 Oktyabr 2023    Oxunub:814
İsrail Qəzza zolağında quru əməliyyatına başlamaq qərarına gəlib. Bunu TASS-a İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.
"Mən deyərdim ki, qərar qəbul edilib. Çünki qərar artıq danışdığımız vəzifələrin icrası ilə bağlıdır. Bu, bütün HƏMAS terror strukturlarının məhv edilməsi və girovların azad edilməsidir.
Və buna görə də yerüstü əməliyyatlardan istifadə etmədən bunu etmək olmaz. Ona görə də deyə bilərik ki, bu qərar qəbul edilib”, - diplomat bildirib.

Eyni zamanda, Ben Zvi quru əməliyyatının başlanmasının mümkün vaxtını dəqiqləşdirməyib.

"Unutmamalıyıq ki, 1400-dən çox şəhidimiz var. Biz bütün bunları dayandırmalıyıq, həll etməliyik".

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti