İranlı reperə “Söz Azadlığını Müdafiə” mükafatı verildi

İranlı reperə “Söz Azadlığını Müdafiə” mükafatı verildi
  20 Oktyabr 2023    Oxunub:1548
Cümə axşamı nüfuzlu “İndex on Censorship” təşkilatı incəsənət kateqoriyasında ifadə azadlığı mükafatını İranda etirazçı repçi Tomaj Salehiyə təqdim edib.
xəbər verir ki, “İndex on Censorship” təşkilatı bu münasibətlə bəyanat yayıb.

“Tomaj Salehi İranlı reperdir, İran hakimiyyətinin İran vətəndaş cəmiyyətinin haqsızlıqlarını və insanların hüquqlarının pozulmasını tənqid edir. Məhsa Əmininin ölümündən sonra İranın etirazlarını dəstəkləməkdə onun bədii səyləri ilhamverici idi” , - bəyanatda deyilir.

Mükafatın təqdimatı zamanı Tomaj Salehinin xaricdəki qohumlarından biri onun adından mesaj oxuyub.

“Qadın, həyat, azadlıq” etirazları zamanı ötən il oktyabrın 30-da həbs olunan Salehi, onun üçün edam hökmü ilə nəticələnə biləcək “yer üzərində fəsad” ittihamı ilə mühakimə edilib.
İsfahan əyalətinin baş hakiminin elanına görə, 3,5 il həbs cəzasına məhkum olunan reper hazırda həbsdədir.



Teqlər: İran   Salehi  





Xəbər lenti