Ermənistan Tehranda “3+3” formatında görüşə dəvət alıb

   Ermənistan Tehranda “3+3” formatında görüşə dəvət alıb
  20 Oktyabr 2023    Oxunub:707
Ermənistan İran tərəfdən “3+3” formatında danışıqlarda iştirak etmək üçün dəvət alıb. Bu barədə Ermənistanda xarici işlər nazirinin müavini Vahan Kostanyan məlumat verib.
Onun sözlərinə görə, görüşün Tehranda keçirilməsi planlaşdırılır, hazırda görüşün təfərrüatları iranlı həmkarları ilə birlikdə hazırlanır, hələlik yekun qərar yoxdur.

Kostanyan qeyd edib ki, dəvət xarici işlər naziri Ararat Mirzoyana ünvanlanıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti