İrəvan Bakıdan sülh sazişi layihəsi ilə bağlı növbəti təkliflər paketi alıb

   İrəvan Bakıdan sülh sazişi layihəsi ilə bağlı növbəti təkliflər paketi alıb
  20 Oktyabr 2023    Oxunub:1059
Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı növbəti təkliflər paketi alıb.
AzVision.az xəbər verir ki, bu barədə respublikanın xarici işlər nazirinin müavini Vaan Kostanyan oktyabrın 20-də keçirdiyi brifinqdə deyib.

"Biz Azərbaycan tərəfdən təkliflər almışıq. Ancaq hələ ki, tərəfimizdən yazılı cavab göndərilməyib, müzakirələr davam edir”, - o bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti