Bayden Konqresdən Ukrayna və İsrailə 106 milyard dollar ayrılmasını istəyib

   Bayden Konqresdən Ukrayna və İsrailə 106 milyard dollar ayrılmasını istəyib
  20 Oktyabr 2023    Oxunub:1000
ABŞ prezidenti Co Bayden ABŞ Konqresinə Ukrayna və İsrailə təqribən 106 milyard dollar məbləğində əlavə hərbi və digər yardımların göstərilməsi ilə bağlı sorğu göndərib.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddə qeyd edilib ki, ABŞ administrasiyası Konqresdən “Ukraynadakı vəziyyətə və bununla bağlı xərclərə cavab vermək üçün” 61,3 milyard dollar ayırmağı xüsusi olaraq xahiş edir. Bundan əlavə, ABŞ Hərbi Hava Qüvvələri vasitəsilə Ukraynaya dəstək üçün daha 798 milyon dollar, ABŞ Kosmik Qüvvələri vasitəsilə 7,5 milyard dollar, eyni zamanda İsrailə 14,3 milyard dollar ayrılması yardım təklif edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti