Livan İsraili iki günlük atəşi dayandırmağa çağırıb

Livan İsraili iki günlük atəşi dayandırmağa çağırıb
  20 Oktyabr 2023    Oxunub:1030
Livanın xarici işlər naziri Abdullah Bu Həbib İsraili iki günlük atəşkəs elan etməyə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Gəlin atəşkəsə çağıraq və görək nə olacaq", - nazir deyib.


Bundan əvvəl İsrail hakimiyyəti Livanla sərhəddə yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyəsi planının aktivləşdiyini açıqlamışdı.


Oktyabrın 20-də İsrail ordusu Livandan atılan atəşə cavab olaraq Livandakı şiə təşkilatı Hizbullahın hədəflərinə yeni hücumlar həyata keçirib.


Miri Məcidli
AzVision.az



Teqlər:





Xəbər lenti