“HƏMAS”la 50 girovun azad edilməsi danışıqları nəticəsiz qalıb

“HƏMAS”la 50 girovun azad edilməsi danışıqları nəticəsiz qalıb
  21 Oktyabr 2023    Oxunub:1177
ABŞ, İsrail və Qətərin 50 girovun azad edilməsi üçün radikal HƏMAS hərəkatı ilə apardığı danışıqlar nəticəsiz qalıb.
AzVision.az xəbər verir ki, bu barədə cümə günü “Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbə bildirib ki, sövdələşmənin şərtləri arasında müvəqqəti atəşkəsin əldə olunması, Qəzza zolağına dəniz nəqliyyatının bərpası və bölgəyə humanitar yardımın çatdırılması müzakirə edilib.

Nəşr qeyd edir ki, bu məsələlərin yaraqlılarla müzakirəsi çətin keçib. Münaqişənin kəskinləşməsindən sonrakı ilk həftə ərzində radikal hərəkat əsir götürdüyü mülki şəxslərin taleyi ilə bağlı danışıqlara getməyib. Üstəlik, HƏMAS girovların hamısının dəqiq yerini də bilmir.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, Vaşinqton HƏMAS-dan bütün girovları ilkin şərt olmadan azad etməyi tələb edir.

AzVision.az


Teqlər:





Xəbər lenti