İsrail 2 qadının əsirlikdən azad edildiyini təsdiqləyib

İsrail 2 qadının əsirlikdən azad edildiyini təsdiqləyib
  21 Oktyabr 2023    Oxunub:1036
Fələstinin Həmas hərəkatı iki ABŞ vətəndaşının azad edildiyini açıqlayıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail hökuməti Qəzza zolağında iki nəfərin əsirlikdən azad edildiyini təsdiqləyib. Qeyd edilib ki, Judith və Natali Raana İsraildəki hərbi bazalardan birinə aparılıblar.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS hərəkatının elan etdiyi "Əl-Əqsa tufanı" əməliyyatı çərçivəsində İsrail Qəzza zolağından görünməmiş miqyaslı raket hücumuna məruz qalıb. Bundan əlavə, kütləvi raket hücumlarından sonra təşkilatın qırıcıları İsrailin cənubundakı sərhəd bölgələrinə daxil olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı "Dəmir Qılınclar" əməliyyatına başlayıb. Hücumdan bir neçə gün sonra İsrail hərbçiləri Qəzza sərhədi yaxınlığındakı bütün yaşayış məntəqələrini nəzarətə götürüb və zolağındakı hədəflərə, o cümlədən mülki şəxslərə hava zərbələri endirməyə başlayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti