Dünyada meymunçiçəyinə yoluxanların sayı 91 mini ötüb, 157 nəfər ölüb

   Dünyada meymunçiçəyinə yoluxanların sayı 91 mini ötüb,    157 nəfər ölüb
  21 Oktyabr 2023    Oxunub:868
Bu ilin sentyabrında dünyada meymunçiçəyi virusuna 860-dan çox yoluxma halı qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Ümumilikdə, 2022-ci ilin əvvəlindən bəri dünyada bu xəstəliyə yoluxanların ümumi sayı 91 mini keçib, 157 nəfər ölüb. Yoluxma halları 115 ölkədə qeydə alınıb.

Sentyabr ayı ərzində ən çox yoluxma halı iki regionda - Qərbi Sakit Okeanda (bütün yoluxma hallarının 45 faizi) və Avropada (26,4 faiz) qeydə alınıb.

Qeyd edək ki, meymunçiçəyi xəstəliyi meymunçiçəyi virusunun törətdiyi, əsasən Qərbi və Mərkəzi Afrikada yayılmış nadir xəstəliklərdəndir. İlk dəfə 1958-ci ildə meymun koloniyalarında kəşf edilmiş, ilk insana yoluxma hadisəsi isə Konqo Demokratik Respublikasında 1970-ci ildə baş vermişdir. İlkin simptomlara yüksək hərarət, baş ağrısı, yorğunluq, halsızlıq, limfa düyünlərinin şişməsi aiddir. Virusun ağır ştamları ilə yoluxduqda 5 faiz hallarda ölüm baş verə bilər.

AzVision.az


Teqlər:





Xəbər lenti