İranda anti-yəhudi təbliğatı sərtləşir

   İranda anti-yəhudi təbliğatı sərtləşir
  21 Oktyabr 2023    Oxunub:1356
İran KİV-lərində və sosial media şəbəkələrində antisemitizm təbliğatı gücləndirilib. Bu kontekstdə yəhudilərin iranlılara qarşı soyqırım törətdikləri barədə materiallar yayımlanır.
AzVision.az xəbər verir ki, əksər media orqanlarında yayımlanan bu qəbildən olan məlumatlarda yəhudilərin hər il martın 8-də keçirdikləri “Purim” bayramının mahiyyəti təhrif edilir.

İran mediası bu bayramın əhmənilər dövründə 76 min iranlının yəhudilərin əli ilə öldürüldüyü gün kimi qələmə verir.

Qeyd edək ki, İranda yaşayan təxminən 110 min yəhudinin əksər hissəsi 1979-cu ildə baş verən İslam inqilabından sonra buranı tərk etməyə məcbur olub.

Hazırda İranda qalan təxminən 20-25 min yəhudilərin bir hissəsi kimliklərini gizlətmək məcburiyyətində qalıb, başqaları isə mütəmadi şəkildə təzyiqlə və ayrı-seçkilklə üzləşirlər.
Onların sərbəst yaşayış və işləmək hüquqları, demək olar ki, sıfır səviyyəsindədir.
AzVision.az



Teqlər: İran   yəhudilər  





Xəbər lenti