“Rafah” keçid məntəqəsi iki gün sonra açılacaq

“Rafah” keçid məntəqəsi iki gün sonra açılacaq
  21 Oktyabr 2023    Oxunub:930
Misirlə Qəzza sektorunun sərhədində yerləşən “Rafah” nəzarət-buraxılış məntəqəsi humanitar yüklərin növbəti partiyasının Fələstin əhalisinə çatdırılması üçün növbəti dəfə oktyabrın 23-də açılacaq.
CNN telekanalı bu barədə BMT nümayəndəsinə istinadla məlumat yayıb. Beynəlxalq ictimaiyyət tərəfindən Sinay yarımadasının şimalinda yerləşən Əl-Ariş şəhərinin hava limanına göndərilən humanitar yardımları daşıyan 20 yük avtomobili Qəzza sektoruna keçdikdən sonra nəzarət-buraxılış məntəqəsi bağlanıb. Yüklərin daşınmasına Misirin və BMT-nin Qırmızı Aypara cəmiyyəti nəzarət edib.

Hələ ki, xarici ölkə vətəndaşlarının və ya ikili vətəndaşlığı olan şəxslərin Qəzza sektorundan Misirə keçməsi barədə məlumat verilmir.

AzVision.az


Teqlər:





Xəbər lenti