Sistan və Bəlucistanda “İŞİD liderinin” həbs olunduğu iddia edilir

   Sistan və Bəlucistanda “İŞİD liderinin” həbs olunduğu iddia edilir
  21 Oktyabr 2023    Oxunub:1280
İranın İRNA dövlət agentliyi və SEPAH-a yaxın bir neçə media qurumu şənbə günü Sistan və Bəlucistan Baş Kəşfiyyat idarəsinin bu əyalətdə İŞİD-in “rəhbərlərindən birinin” həbs olunduğun bildirib.
AzVision.az xəbər verir ki, İbrahim Rəisi hökumətinə yaxın olan bu xəbər agentliyinin iddiasına görə, sosial şəbəkələrdə müxtəlif istifadəçi hesabları açan A. H. adlı şəxs, əcnəbi vətəndaşlardan və daxili elementlərdən istifadə edərək vilayətin çətin bölgələrində komandalar yarada bilib.

İRNA daha ətraflı məlumat verməyib. Sistan və Bəlucistanda namaz vaxtı sünni bəluclara hücumdan sonra hökumətə yaxın media-resursların hakimiyyətin uğurlu “əcinnə” ovu keçirməsi barədə yaydığı xəbərlər, əslində bu cür zorakılıq aktlarının terrorçuları yaxalaması tədbiri kimi qələmə verməyə hesablanıb.
AzVision.az


Teqlər: İran   İŞİD  





Xəbər lenti