İranda daha bir siyasi məhbus Psixiatriya mərkəzinə köçürülüb

İranda daha bir siyasi məhbus Psixiatriya mərkəzinə köçürülüb
  21 Oktyabr 2023    Oxunub:1225
Mülki fəal və siyasi məhbus Məcid Rzai Evin həbsxanasından “Əmin Abad” kimi tanınan Razi Psixiatriya mərkəzinə aparılıb.
AzVision.az xəbər verir ki, “Hrana” agentliyinin etibarlı mənbələrə istinadən yaydığı məlumata əsasən, köçürmə məhbusun ailəsinə və onun özünə xəbər edilmədən həyata keçirilib. Həmçinin, Rzainin həyat yoldaşının psixiatriya mərkəzində ona baş çəkməsinə icazə verilməyib.

Oktyabrın 5-də Məcid Rzai digər iki siyasi məhbus Müseib Rəisi Yeganə və Mustafa Ramazan ilə birlikdə cəza vasitəsi kimi Evin həbsxanasının təkadamlıq kamerasına köçürülüb.
Bundan əvvəl isə etirazçı müğənni Saman Yasin (Səidi) ötən ilin avqustunda Kərəcdəki Rəcaişəhr həbsxanasından Razi Psixiatriya mərkəzinə köçürülüb.

Qeyd edək ki, siyasi məhbusların psixiatrik mərkəzlərə köçürülməsi əvvəllər də olub və son aylarda bu çoxsaylı sərt reaksiyalarla üzləşib.
AzVision.az


Teqlər: İran   məhbuslar  





Xəbər lenti