Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı sülh sammiti başlayıb
Misir Prezidenti Əbdülfəttah Xəlil əs-Sisi forumu açaraq Qəzza zolağına və onun mülki əhalisinə raket hücumlarını pisləyib. Dövlət başçısı beynəlxalq ictimaiyyəti Fələstin-İsrail böhranının həlli üçün yol xəritəsi hazırlamağa çağırıb.
İordaniya kralı II Abdullah dərhal atəşkəs və Fələstin anklavına humanitar yüklərin maneəsiz çatdırılmasının təmin olunmasının vacibliyini bəyan edib. O, həmçinin fələstinli qaçqınların öz ərazilərindən məcburi köçürülməsini qəbuledilməz hesab etdiyini bildirib.
AzVision.az
Teqlər: