İranlı diplomat: "Qəzzanın bombalanması dayandırılsa, Həmas girovları azad edəcək"

      İranlı diplomat:    "Qəzzanın bombalanması dayandırılsa, Həmas girovları azad edəcək"
  21 Oktyabr 2023    Oxunub:1036
İsrail ordusu Qəzzanı bombalamağı dayandırarsa HƏMAS tərəfindən əsir götürülən girovların hamısı azadlığa buraxılacaq.
AzVision.az xəbər verir ki, İranın Tailanddakı səfiri Rza Nubəxti Fələstin Həmrəyliyi kampaniyası tərəfindən Tailandın paytaxtı Banqkokda keçirilən mətbuat konfransında belə fikir səsləndirib.

Tailand vətəndaşlığına malik girovlar məsələsinə toxunan Nubəxti bildirib ki, ona verilən məlumata görə, İran prezidenti İbrahim Rəisi ötən həftə Qətərdə HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə ilə görüşdə tailandlı və filippinli girovların azad olunmasını tələb edib.
HƏMAS-ın İsraildən Qəzzaya apardığı ən azı 200 girov arasında müxtəlif ölkələrin vətəndaşları, o cümlədən 19 Tayland və Filippin vətəndaşı var.

Nubəxti Fələstin ərazilərindəki bütün tailandlı girovların təhlükəsiz evlərdə saxlanıldığını və “onların sağlamlığının İran hakimiyyətinin əsas narahatlığı” olduğunu vurğulayıb. İran səfiri Tailand səlahiyyətlilərindən Qəzzada HƏMAS-a qarşı hücumları dayandırmaq üçün İsrail hökumətinə təzyiq göstərməsini xahiş edib.

Qeyd edək ki, HƏMAS-İsrail münaqişəsi başlayandan bəri hərbi əməliyyatlar nəticəsində 30 tailandlı həlak olub.
AzVision.az


Teqlər:





Xəbər lenti