Şarl Mişel Qahirədə Mahmud Abbasla görüşüb

 Şarl Mişel Qahirədə Mahmud Abbasla görüşüb
  21 Oktyabr 2023    Oxunub:977
Avropa Şurasının rəhbəri Şarl Mişel Qahirədə Fələstin Prezidenti Mahmud Abbasla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Ş.Mişel “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Qahirə sammiti çərçivəsində Prezident Abbasla görüşdüm. İki dövlətin (Fələstin-İsrail - red.) birgə yaşaması üçün sülhdən başqa alternativ yoxdur”, - o qeyd edib.

Ş.Mişel, həmçinin Avropa İttifaqının bu istiqamətdə səylərini davam etdirməyə hazır olduğunu vurğulayıb.

AzVision.az



Teqlər: Mişel   Abbas  





Xəbər lenti