Avropa İttifaqı pasportlarda viza möhürlərindən imtina edəcək
EES giriş və çıxış sistemi 2024-cü ilin ikinci yarısında fəaliyyətə başlayacaq. Onun fəaliyyəti üçün Aİ sərhədində xüsusi özünəxidmət köşkləri yerləşdiriləcək. Şəxsi məlumatların, verilənlər bazasında barmaq izlərinin olub-olmadığını, habelə gəliş-gediş tarixi və yeri ilə bağlı məlumatları yoxlamaq üçün sistemdə vətəndaşlar pasportlarını özləri skan etməli olacaqlar.
EES bütün Aİ ölkələrində etibarlı olacaq, lakin uzunmüddətli viza sahiblərinə və ya dövlətlərdə iqamət edənlərə şamil edilməyəcək. Bundan əlavə, sistem Kipr və İslandiya kimi Aİ ada üzvlərinə aid edilməyəcək.
AzVision.az