Quterreş Qəzza zolağında dərhal atəşkəsə çağırıb

  Quterreş  Qəzza zolağında dərhal atəşkəsə çağırıb
  21 Oktyabr 2023    Oxunub:1407
BMT-nin Baş katibi Antoniu Quterreş Fələstinlə bağlı Qahirə Sülh Sammitində çıxışı zamanı Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə çağırıb.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Tərəfləri atəşkəsə və girovların azad edilməsinə çağırıram”, - Baş katib deyib.

O vurğulayıb ki, qan axıdılmasının dayandırılması və iki dövlətin yaradılması ilə bağlı həllə nail olmaq üçün hər cür səy göstərilməlidir.

“Beynəlxalq humanitar hüququ tətbiq etmək və Qəzza zolağının mülki əhalisini qorumaq lazımdır”, - A.Quterreş bildirib. O, mülki əhaliyə, evlərə və xəstəxanalara hücumlara son qoymağa çağırıb. BMT-nin Baş katibi vurğulayıb ki, Qəzzaya humanitar yardım davamlı olaraq göstərilməlidir.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin həlli və Qəzza zolağında gərginliyin azaldılması yollarının müzakirəsinə həsr olunmuş Qahirə Sülh Sammiti Misir Prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə Yeni Qahirədə işinə başlayıb. Konfransda 34 ölkənin və 3 beynəlxalq təşkilatın - BMT, Ərəb Dövlətləri Liqası və Afrika İttifaqının nümayəndələri iştirak edir.

AzVision.az



Teqlər: BMT   Atəşkəs  





Xəbər lenti